Azedu.az

2 yaşlı uşağın burnundan sancaq çıxarıldı

Xəbərlər

7 May 2026, 10:44
2 yaşlı uşağın burnundan sancaq çıxarıldı

Rusiyanın paytaxtı Moskvada həkimlər iki yaşlı uşağın burnunda ilişib qalan açıq sancağı uğurla çıxarıblar.

AzEdu.az "aif.ru" saytına istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, uşaq burnuna sancaq saldıqdan sonra təcili xəstəxanaya yerləşdirilib. Valideynlərin sancağı ev şəraitində çıxarmaq cəhdi zamanı metal əşya açılıb və uşaqda burun qanaxması başlayıb.

Rentgen müayinəsi zamanı açıq sancağın burun boşluğunun yumşaq toxumalarına və torvari sümük nahiyəsinə dərindən batdığı müəyyən edilib. Mütəxəssislər bu kimi hallarda edilən özbaşına müdaxilələrin həyati təhlükə yaratdığını xüsusi vurğulayıblar.

Otorinolarinqoloqlar narkoz altında təcili əməliyyat həyata keçiriblər və sancaq ətraf toxumalara əlavə zərər vermədən çıxarılıb. Uşaq artıq xəstəxanadan evə buraxılıb və müalicəsini pediatr nəzarəti altında davam etdirəcək.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox