Azedu.az

İlk dəfə sənəd qəbulunda süni intellektdən istifadə edirik

Xəbərlər

6 May 2026, 16:55
İlk dəfə sənəd qəbulunda süni intellektdən istifadə edirik

“15 aprel tarixindən sənəd qəbulu prosesinə başlamışıq və bu proses 5 iyun tarixinə qədər davam edəcək. Bu il ilk dəfə olaraq sənəd qəbulu prosesində süni intellekt alətlərindən də istifadə edirik və əsas məqsədimiz şəffaflığın maksimum səviyyədə təmin olunmasıdır”.

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, digər əsas fəaliyyət istiqamətlərimizdən biri də məzunlar ölkəyə qayıtdıqdan sonra onların məşğulluğu və karyera imkanları ilə bağlı məsələlərin həllidir: “Tələbələri maraqlandıran əsas suallardan biri də məhz ölkəyə qayıtdıqdan sonra 5 il ərzində onların fəaliyyət istiqamətləri ilə bağlıdır. Bu mövzu ətrafında da geniş müzakirələr apardıq.

Əsas məqsədimiz yüksəkixtisaslı kadrların gələcəkdə Azərbaycanın inkişafında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə və qloballaşan dünyada ölkəmizin mövqeyinin möhkəmləndirilməsində fəal iştirakını təmin etməkdir. Hesab edirik ki, proqramın məzunları Azərbaycana böyük töhfələr verəcəklər”, – deyə o qeyd edib.

Koronavirusdan sonra YENİ BƏLA: Nazirliklər hərəkətə keçdi
Son xəbərlərDaha çox