Azedu.az

LDU-da təhsil tələbə kreditləri ilə bağlı sessiya keçirilib

Xəbərlər

5 May 2026, 16:44
LDU-da təhsil tələbə kreditləri ilə bağlı sessiya keçirilib

Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalarını davam etdirir. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

AzEdu.az xəbər verir ki, tədbiri Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından söz açıb.

Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova və aparıcı mütəxəssisi Kifayət Lələzadə mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər. Qeyd edilib ki, təhsil-tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan
şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir.

Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Zelenskinin ofisini vuracağıq! - Rusiyadan ŞOK XƏBƏRDARLIQ
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox