Azedu.az

Hər 5 uşaqdan 4-ü rəqəmsal alətlərdən istifadə edir

Xəbərlər

5 May 2026, 15:44
Hər 5 uşaqdan 4-ü rəqəmsal alətlərdən istifadə edir

“Hər 5 uşaqdan 4-ü həftədə ən azı bir dəfə rəqəmsal alətlərdən istifadə edir”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil olunan məlumatlandırma sessiyasında məlumat verib.

Onun sözlərinə görə, bu göstərici ölkələrin ortalaması ilə eynidir. Azərbaycanda 9% uşaq demək olar ki, rəqəmsal alətlərdən istifadə etmir.

Belə ki, 8% uşaqlar hər həftə olmamaq şərtilə ayda ən azı bir dəfə, 37% hər gün olmamaq şərtilə həftədə ən azı bir dəfə, 46% isə hər gün rəqəmsal alətlərdən istifadə edir.

Zelenskinin ofisini vuracağıq! - Rusiyadan ŞOK XƏBƏRDARLIQ
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox