Azedu.az

5 yaşlı uşaqlar beynəlxalq tədqiqatda: hansı bacarıqlar ölçülür?

Xəbərlər

5 May 2026, 15:16
5 yaşlı uşaqlar beynəlxalq tədqiqatda: hansı bacarıqlar ölçülür?

"IELS tədqiqatı 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirilir və 5 yaşlı uşaqları əhatə edir".

AzEdu.az xəbər verir ki, bu sözləri tədbirdə çıxış edən ARTİ direktor əvəzi Elnur Əliyev qeyd edib.

"Tədqiqat çərçivəsində uşaqların idrak bacarıqları, o cümlədən təməl savadlılıq və riyazi bacarıqları, eləcə də icraedici funksiyaları və sosial-emosional bacarıqları qiymətləndirilir".

Onun sözlərinə görə, tapşırıqlar uşaqlara planşet vasitəsilə interaktiv və audio formatda təqdim olunur, eyni zamanda uşaqların tərbiyəçiləri və valideynləri də sorğularda iştirak edirlər.

Elnur Əliyev vurğulayıb ki, qiymətləndirmə prosesi hər bir uşaqla fərdi qaydada aparılır və bu cür beynəlxalq tədqiqatlar erkən yaş dövründə inkişaf göstəricilərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Moskvada GƏRGİN ANLAR: Ukrayna ard-arda zərbələr endirir
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox