Azedu.az

Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

Dövlət İmtahan Mərkəzi

5 May 2026, 10:10
Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir. İmtahan 13 iyun 2026-cı il Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 8 iyundur.

Qeyd edək ki, “B2 First” imtahanı namizədlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;
Yazı (Writing) – 1 saat 20 dəqiqə;
Dinləmə (Listening) - 40 dəqiqə;
Danışıq (Speaking) – 16 dəqiqə.

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. Şəkilli şəxsiyyət vəsiqəsi olmadığı halda, namizəd təhsil aldığı məktəbdən arayış təqdim etməlidir.

Əlavə məlumat üçün [email protected] elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.

Dronlar Moskvanı mühasirəyə aldı: Rusiyadan ŞOK ETİRAF
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox