Azedu.az

Naməlum səbəbdən zəhərlənən iki uşaq həyatını itirdi

AzEdu Təhsil Platforması

5 May 2026, 09:14
Naməlum səbəbdən zəhərlənən iki uşaq həyatını itirdi

Türkiyənin Mersin vilayətində eyni ailənin dörd üzvü naməlum səbəbdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 8 və 5 yaşlı iki uşaq həyatını itirib, valideynlər isə xəstəxanaya yerləşdirilib.

Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya aparılan uşaqları xilas etmək mümkün olmayıb. Valideynlərin müalicəsi davam edir.

Hadisənin səbəbləri araşdırılır.

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox