Azedu.az

Uşaq bağçası yaxınlığında silahlı uşaq saxlanıldı

AzEdu Təhsil Platforması

5 May 2026, 08:52
Uşaq bağçası yaxınlığında silahlı uşaq saxlanıldı

Türkiyənin Diyarbakır şəhərində uşaq bağçasının yaxınlığında əlində pompalı tüfəng olan bir uşaq görülməsi ərazidə təşviş yaradıb.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, silahlı şəxsin uşaq olduğunu görən vətəndaşlar dərhal polisə məlumat veriblər.

Qısa müddətdə hadisə yerinə gələn polis əməkdaşları vəziyyətə müdaxilə edərək uşağı zərərsizləşdirib və nəzarətə götürüblər. Onun üzərində aparılan yoxlamalarda əlavə olaraq iki silahın da olduğu müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb, silahların necə əldə edildiyi araşdırılır.

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox