Azedu.az

"İmtahanım olduqca rahat keçmişdi"- 300 bal toplayan ŞAGİRD

Xəbərlər

2 May 2026, 14:50
"İmtahanım olduqca rahat keçmişdi"- 300 bal toplayan ŞAGİRD

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri məlum olub. 

İmtahandan ümumilikdə 8 şagird 300 bal toplayıb.

Onlardan biri də Gəncə şəhər 2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziyanın IX sinif şagirdi Seymur Hüseynovdur.

AzEdu.az bu münasibətlə Seymurla həmsöhbət olub. 

O, gələcəkdə hüquq üzrə təhsil alacağını qeyd edib:

"300 bal topladığımı gördükdə bu xəbəri ilk müəllimimlə paylaşdım. Daha sonra ailəmə də məlumat verdim, hər birimiz çox sevincli idik. 

Bu nəticəni gözləyirdim. Çünki, imtahan mənim üçün asand keçmişdi. 

Gələcəkdə isə Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasında təhsil almağı planlaşdırıram. 

Ümumilikdə imtahana repetitorla hazırlaşmışam. Fikrimcə uğurumun sirri çox oxumağımdır. 

Həmyaşıdlarıma daha çox oxumağı, məktəb dərsliklərinə xüsusi diqqət göstərmələrini tövsiyə edirəm. 

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox