Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 5-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.