Azedu.az

DİM-də işə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi

1 May 2026, 16:29
DİM-də işə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi 1 may 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirib.

AzEdu.az xəbər verir ki, imtahan elektron qaydada 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında  yerləşdiriləcək.

İmtahanda 173 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 15 nəfər (hərbi xidmətə 6 nəfər, mülki işə 9 nəfər) tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4, 5 və 6 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox