Dövlət İmtahan Mərkəzi (DİM)E-imtahanlar və müsahibələrin təşkili departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin E-imtahanlar və müsahibələrin təşkili departamenti, Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Əmək funksiyaları
- Verilmiş tapşırıqlara əsasən proqram kodlarının yazılması və sınaqdan keçirilməsi (C#, JS modulları);
- Test zallarının İKT avadanlıqlarının gündəlik yoxlanılması və kiçik nasazlıqların aradan qaldırılması;
- Elektron imtahan sistemində istifadəçi müraciətlərinin emalı və "log"ların izlənməsi;
- Məlumat bazalarında sadə SQL sorğularının icrası və data yoxlanılması;
- Daxili proqram təminatlarının sınaq mərhələsində iştirak etmək;
- Rəqəmsal hesabatların hazırlanmasına dəstək göstərmək;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil: Təbiət və texniki ixtisas qrupları üzrə;
- Staj tələb olunmur (müvafiq sahədə təcrübə arzuolunandır);
- MS Visual Studio.Net,C#, MS SQL Server, MySQL (yaxşı səviyyədə);
- Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili minimum B1;
- Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, güclü ünsiyyət, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.
Müraciət qaydası
Namizədlər 15 may 2026-cı il tarixinədək //portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “elektron imtahan-məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.