Azedu.az

Firudin Qurbanov: Dəyişikliklər media savadlılığına yeni yanaşmalar tələb edir

Təhsil Nazirliyi

1 May 2026, 11:25
Firudin Qurbanov: Dəyişikliklər media savadlılığına yeni yanaşmalar tələb edir

“Müasir dövrdə medianın yenilənməsi, ictimai rəyin formalaşması və transformasiyası prosesləri sürətlənir ki, bu da sosial münasibətlər və ümumi siyasət üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəyişikliklər media təhsili və media savadlılığına yeni yanaşmaların hazırlanmasını, həmçinin hüquqi və tənzimləyici çərçivənin rəqəmsal media mühitinin reallıqlarına uyğunlaşdırılmasını tələb edir”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda söyləyib.

Nazir müavini qeyd edib ki, yalnız texnoloji, hüquqi, təhsil və sosial-mədəni tədbirləri birləşdirən kompleks yanaşma yeni medianın potensialından səmərəli istifadə etməyə və rəqəmsal transformasiyanın ictimai rəyin formalaşmasına təsirində mənfi halları minimuma endirməyə imkan verə bilər:

“Müasir dövrdə bir sıra ciddi çağırışlar mövcuddur. Onların ən başlıcası dezinformasiya və manipulyasiyaların yayılmasıdır. Sosial şəbəkələrin alqoritmləri çox vaxt emosional yüklü məzmunun yayılmasına şərait yaradır və təhrif olunmuş məlumatların sürətlə yayılmasına səbəb olur. Bu isə ictimai rəyin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər. Beləliklə, media bu gün sadəcə vasitəçi deyil, həm cəmiyyəti birləşdirə, həm də onun strukturunda destruktiv dəyişikliklər yarada bilən ictimai proseslərin aktiv iştirakçısına çevrilib”.

Firudin Qurbanovun sözlərinə görə, informasiyaya qarşı mübarizə vasitələrinin gücləndirilməsi, əhalinin media savadlılığının artırılması və çoxsəviyyəli fakt yoxlama sistemlərinin yaradılması informasiya məkanının keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox