ABŞ-nin Şimali Qərb Universitetinin mühəndisləri insan beyninin hüceyrələri ilə birbaşa əlaqə qura bilən və canlı orqanizmə bənzər siqnallar göndərə bilən süni sinir hüceyrələri hazırlayıblar.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu yeni cihazlar elastik quruluşa malikdir və ucuz istehsal oluna bilir.
Onlar bioloji sinir şəbəkələrinə uyğun elektrik siqnalları yarada bilir və bu xüsusiyyətləri ilə real neyronların fəaliyyətini təqlid edir.
Bu inkişaf xüsusilə görmə, eşitmə və hərəkət qabiliyyətini bərpa etməyə yönəlmiş “neyroprotez” cihazlar və beyin–maşın interfeysləri üçün mühüm addım kimi qiymətləndirilir.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə iflic və ya duyğu itkisi olan insanların müalicəsində daha effektiv həllər yarada bilər.