Azedu.az

Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir

Xəbərlər

30 Aprel 2026, 15:22
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir

Cəmiyyətdə uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi və psixoloji-emosional inkişaf məsələləri də diqqət mərkəzində olmalıdır

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər:

"Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Təəssüf ki, bəzən müzakirələr uşaqlar üçün deyil, sadəcə uşaqlar ətrafında aparılır. Halbuki əsas məqsəd uşağın real ehtiyaclarını anlamaq və ona uyğun həll yolları tapmaq olmalıdır".

Nazir qeyd edib ki, uşaq tərbiyəsi xüsusi həssaslıq tələb edən mühüm məsələdir:

"Tərbiyə məsələləri mürəkkəbdir və tərbiyəliliyi ölçmək hər zaman asan olmur. Buna baxmayaraq, məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər".

İranda əhali küçələrə axışdı - Yeni aksiya dalğası başladı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox