Azedu.az

Böyük asteroid Yerə yaxınlaşır

Xəbərlər

1 May 2026, 09:08
Böyük asteroid Yerə yaxınlaşır

Bu ilin aprel ayında kəşf edilən və müvəqqəti olaraq "2026 HN1" adı verilən asteroid mayın ilk həftəsində Yerə maksimum məsafəyə yaxınlaşacaq.

AzEdu.az Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və qurumun Yerətrafı Obyektləri Araşdırma Mərkəzi (CNEOS) məlumat yayıb.

Bildirilib ki, sözügedən kosmik cismin planetimizə ən yaxın keçidi mayın 6-da baş tutacaq.

Proqnozlara əsasən, asteroid Yerlə Ay arasındakı məsafədən təxminən doqquz dəfə uzaqdan, saniyədə 14 kilometrdən artıq sürətlə keçəcək. Kosmik cismin diametri 49-110 metr aralığında qiymətləndirilir.

Alimlər vurğulayırlar ki, nəhəng ölçülərinə baxmayaraq, asteroidin hazırkı trayektoriyası toqquşma təhlükəsi yaratmır. Bununla belə, mütəxəssislər bu növ obyektlərin potensial təhlükə mənbəyi olduğunu xatırladırlar. Belə bir cismin quruya düşməsi regional miqyaslı dağıntılara, okeana düşməsi isə güclü sunamilərə səbəb ola bilər.

Hazırda Avropa Kosmik Agentliyinin (ESA) risk siyahısında 1 970-ə yaxın obyekt var, lakin onların Yerlə toqquşma ehtimalı minimaldır. Beynəlxalq agentliklər asteroidlərin trayektoriyasını dəyişdirə biləcək texnologiyalar üzərində çalışaraq planetar müdafiə sistemlərini inkişaf etdirirlər.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox