Azedu.az

Universitetdə gizli qanunsuz maddə istehsalı: imtahanlar təxirə salındı

Universitetlər

1 May 2026, 09:44
Universitetdə gizli qanunsuz maddə istehsalı: imtahanlar təxirə salındı

ABŞ-nin Miçiqan Ştat Universitetində (Michigan State University) qalmaqallı hadisə baş verib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, universitetin ən böyük tədris binalarından biri olan Wells Hall-da (Uells Holl binası) gizli metamfetamin (narkotik maddə) laboratoriyası qurulduğu müəyyən edilib.

31 yaşlı Xin Tong polis tərəfindən saxlanılıb. İstintaqa görə, o, binanın daxilində narkotik maddə hazırlamaq üçün xüsusi laboratoriya yaradıb.

Hadisə səbəbindən universitetdə dərslər və imtahanlar müvəqqəti dayandırılıb, bina isə təhlükəsizlik məqsədilə bağlanıb. 

Universitetə cəlb olunan xilasedicilər binada kimyəvi təmizləmə və təhlükəsizlik yoxlamaları aparır. Universitet rəhbərliyi bildirib ki, bina tam təhlükəsiz elan olunana qədər bağlı qalacaq.

Xin Tongun universitetlə hər hansı əlaqəsinin olub-olmadığı hələ açıqlanmayıb. Faktla bağlı araşdırmalar davam edir.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox