28 aprel 2026-cı il tarixində Pearson Vue imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunub. İmtahanda 10 nəfər iştirak edib.
AzEdu.az xəbər verir ki, DİM-in Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq, beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.
İmtahanlar həftənin 2-ci günü keçirilir. Qeyd edək ki, imtahana qeydiyyat prosesi Pearson VUE tərəfindən keçirilir.
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün suallarınızı [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.