Azedu.az

Vakant vəzifələr üçün daxili müsahibə elan olundu

Dövlət İmtahan Mərkəzi

24 Aprel 2026, 14:54
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir.

AzEdu.az xəbər verir ki, 24 aprel 2026-cı il tarixində 13 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 32 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin ikinci təsnifatına, 22-si inzibati vəzifələrin üçüncü təsnifatına, 7-si inzibati vəzifələrin dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə  inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 aprel 2026-cı il tarixindən 8 may 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox