Azedu.az

Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM

Dövlət İmtahan Mərkəzi

23 Aprel 2026, 12:08
Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri ötən həftə açıqlanıb. Nəticələrin elanından sonra Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya qeydiyyatına start verilib. Müraciətlərin qəbulu 20-22 aprel tarixlərində həyata keçirilib. 9 mart buraxılış imtahanı üzrə ümumilikdə 3509 apellyasiya müraciəti qeydə alınıb.

Lakin apellyasiya prosesi ilə bağlı valideynləri və abituriyentləri maraqlandıran əsas məqamlardan biri də qiymətləndirmənin abituriyentin nəticəsinə necə təsir edəcəyi ilə bağlıdır. 

Belə ki, abituriyent açıq tipli sual üzrə topladığı balla razılaşmayaraq apellyasiya müraciəti etdikdə, baxış zamanı qiymətləndirmədə hər hansı xəta aşkar olunmazsa, əvvəlcədən verilmiş bal qüvvədə saxlanılırmı, yoxsa onun azaldılması və ya tamamilə ləğv edilməsi mümkündürmü? Apellyasiya müraciəti əsasında cavabların yenidən yoxlanılması zamanı abituriyentin topladığı balın azalması ehtimalı varmı?

AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb. 

Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, Apellyasiya Komissiyasında müraciətlər araşdırılarkən yazı işinin qiymətləndirilməsində hər hansı xəta aşkarlanmazsa, həmin işə verilən qiymət qüvvədə saxlanılır, heç bir dəyişiklik edilmir:

"Əgər araşdırılan işin qiymətləndirilməsində hansısa xəta aşkarlanarsa, bu zaman həmin tapşırığın qiymətləndirmə meyarına uyğun olaraq müvafiq düzəliş (artma və ya azalma) edilir", - deyə DİM-dən bildirilib. 

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox