Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 17:00:00
Abituriyentlər ixtisaslar üzrə keçid ballarını buradan  öyrənəcəklər  -Amma...

2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul  imtahanlarıyla  bağlı  bəzi məqamlar  abituriyentlərə  qaranlıq  qalmaqda  davam edir.

Şagirdlər və onların valideynləri  2019-cu  ildə ixtisas qrupları üzrə keçid ballarını və müxtəlif   ixtisaslara qəbul olunmaq üçün tələb olunan balları öyrənmək üçün Dövlət  İmtahan Mərkəzinə çoxsaylı suallar ünvanlayırlar.

Mövzuyla  bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən  əvvəl dəqiq  informasiya vermək mümkün deyil.

Məlumatda qeyd olunub ki, abituriyentlərin  ixtisas  seçimi zamanı müsabiqə vəziyyəti  yüksək  və aşağı olan  ixtisaslar  haqqında  ümumi məlumat əldə edib, təxmini istiqamət  götürə bilmələri üçün  DİM tərəfindən  əvvəlki illərin keçid balları dərc olunur.  Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə  eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.   

Ötən il üçün formalaşmış keçid balları şagirdlərə ixtisas seçimində kömək məqsədilə “Abituriyent”  jurnalının  2-ci buraxılışında nəşr olunacaq.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları