Azedu.az

Magistratura imtahanında iştirak ödənişi artacaq? - DİM

Dövlət İmtahan Mərkəzi

14 Aprel 2026, 11:33
Magistratura imtahanında iştirak ödənişi artacaq? - DİM

Son illərdə təhsil sahəsində həyata keçirilən yeniliklər və imtahan prosesində tətbiq olunan dəyişikliklər magistraturaya qəbul imtahanlarına da öz təsirini göstərməkdədir.

Xüsusilə imtahan modelinin təkmilləşdirilməsi, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi və təşkilati xərclərin artması bu sahədə müəyyən müzakirələrə səbəb olur.

Bu baxımdan magistratura səviyyəsinə qəbul imtahanında iştirak ödənişi gələcək illərdə dəyişdirilməsi məsələsi də ictimaiyyətin diqqət mərkəzindədir.

Magistratura səviyyəsinə qəbul imtahanınında iştirak haqqının gələcək illərdə artırılması nəzərdə tutulurmu?

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda magistraturaya qəbul imtahanında iştirak haqqı 50 manatdır:

"Belə ki, Mərkəz tərəfindən həyata keçirilən ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarları ilə tənzimlənir",- deyə qeyd olunub.

Ərdoğan ÖZÜNDƏN ÇIXDI - Ordumuzla İsrailə girərik!
Son xəbərlərDaha çox