Ədliyyə orqanlarına test imtahanı mayın 7-də həyata keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 13 aprel saat 14:00-dan 28 aprel saat 18:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər:
//exidmet.dim.gov.az/elimt/JusticeTest
Test imtahanı 7 may 2026-cı il tarixində saat 16:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.