Azedu.az

Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ

Dövlət İmtahan Mərkəzi

12 Aprel 2026, 14:41
Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ

DİM aprelin 12-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, aprelin 13-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Rusiyada ortalıq q*an gölünə döndü: Ö*lənlərlər var
Son xəbərlərDaha çox