"Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı ARTİ-nin direktor müavini Fuad Qarayev qeyd edib.
“Dəyərləndirmənin əsas məqsədi ölçmə nəticələrinə əsaslanaraq mövcud vəziyyəti təhlil etmək və bu nəticələrdən çıxış edərək inkişaf və idarəetmə istiqamətində düzgün qərarlar verməkdir”.
"Qiymətləndirmə prosesində etibarlılıq, şəffaflıq və ədalətlilik əsas prinsiplər olmalıdır. Beynəlxalq qiymətləndirmə proqramları - PISA, PİLS və TIMSS kimi tədqiqatlar təhsil sistemində kurikulumların və tədris metodologiyasının təkmilləşdirilməsinə mühüm töhfə verir.
Qiymətləndirmə cəza və ya hökm vermək vasitəsi deyil, əksinə idarəetmə üçün əsaslandırılmış arqument rolunu oynayır".