Azedu.az

“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa

Dövlət İmtahan Mərkəzi

10 Aprel 2026, 12:45
“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa
“Süni intellektin arxasınca düşməməli, onun qarşısında olmalıyıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa deyib.

O bildirib ki, bu sahədə ən vacib məqam düzgün sualın verilməsidir:

“Lakin bu vasitələrdən istifadə etsək belə, istər təqdimatların, istər çıxış mətnlərinin hazırlanmasında tənqidi düşüncəmizi qorumalıyıq. Verilən məlumatları mütləq araşdırmalı, yenidən yoxlamalı və özümüzə xatırlatmalıyıq ki, əlavə tədqiqat vacibdir. Eyni zamanda tələbələrimizə də bunu öyrətməliyik ki, onlar bu vasitələrdən kor-koranə istifadə etməsinlər”.

H.Xalifa qeyd edib ki, süni intellekt tərəfindən yaradılan nəticələrin valideynlərə və ictimaiyyətə anlaşılan şəkildə izahı da xüsusi önəm daşıyır:

“İnsanlar bu nəticələri təkcə eşitməməli, həm də mahiyyətini dərk etməlidirlər. Adətən qiymətləndirmə işi mütəxəssislər tərəfindən aparılır. Yəni hansı sahə olursa-olsun, bunu həmin sahənin peşəkarları həyata keçirir.

Lakin nəticələri geniş auditoriyanın başa düşəcəyi dildə təqdim etmək lazımdır. Həmçinin etik nəticələrə xüsusi diqqət yetirilməlidir”.

Ərdoğandan Pezeşkiana KRİTİK DƏSTƏK - Hər şeyə hazırıq!
Son xəbərlərDaha çox