Azedu.az

DİM: Dövlət-vətəndaş potensialını birləşdirən platforma yaradırıq

Dövlət İmtahan Mərkəzi

10 Aprel 2026, 10:35
DİM: Dövlət-vətəndaş potensialını birləşdirən platforma yaradırıq

“Biz DİM-in dövlət ilə vətəndaş potensialının qarşılıqlı əlaqəsi üçün səmərəli bir platformaya çevrilməsinə çalışırıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

“Biz DİM-in dövlət ilə vətəndaş potensialının qarşılıqlı əlaqəsi üçün səmərəli bir platformaya çevrilməsinə çalışırıq.

Proqnozlaşdırıcı analitika əsasında gənclərə daha erkən mərhələdə peşə yolunu tapmaqda dəstək verməyə başlamışıq.

Gələcəyin dövlət siyasəti - bu, özünüreallaşdırma platformasıdır. Bu sistemdə DİM düzgün dəyərlərə, müvafiq bilik və bacarıqlara malik peşəkarların dövlət və ictimai idarəetmə strukturunda öz yerini tapmasına imkan yaradan əlaqələndirici halqa kimi çıxış edir. Məhz bu, meritokratiya prinsiplərinin praktik təcəssümüdür.

Biz qlobal qiymətləndirmə sisteminin bir hissəsiyik və eyni zamanda öz koqnitiv suverenliyimizi qoruyur və gücləndiririk.

ADSİ (Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı) kimi milli standartların işlənib hazırlanması və öz kompetensiya modellərimizin yaradılması beynəlxalq peşəkar dialoqa verdiyimiz töhfədir.

Bizim əsas prioritetimiz insan mərkəzli yanaşmadır. Hər bir alqoritmin arxasında şəxsiyyəti görürük.

Məqsədimiz hər bir iştirakçının gələcək inkişafı ilə bağlı aydın istiqamət əldə etməsi üçün imtahanı özünüdərk alətinə çevirməkdir".

Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!
Son xəbərlərDaha çox