Rusiyada sovet dövrünə aid uşaq və gənclər təşkilatlarının bərpası təklif olunur.
AzEdu.az xəbər verir ki, Rusiya Dövlət Dumasının regional siyasət komitəsi sədrinin müavini Mixail Matveyev sovet tərbiyə sisteminin – oktyabryatlar, pionerlər və komsomolun yenidən tətbiqini təklif edib.
Onun sözlərinə görə, bu model gənclərdə dəyərlərin formalaşdırılması baxımından kompleks və faydalı sistem olub.
“Bu sistemi geri qaytarardım. Əgər kimsə onu tam əvvəlki formada – məsələn, Lenin təsvirli oktyabryat nişanı ilə bərpa etmək istəmirsə, alternativ variant düşünmək olar. Pioner təşkilatı isə artıq formalaşmış hərəkatdır. Onu adı və qırmızı qalstuku ilə birlikdə tam şəkildə bərpa etmək mümkündür”, – deyə Matveyev bildirib.