Azedu.az

DİM-də emosional zəka və qərarvermə bacarıqları üzrə vörkşop

Dövlət İmtahan Mərkəzi

9 Aprel 2026, 17:18
DİM-də emosional zəka və qərarvermə bacarıqları üzrə vörkşop

Digər vörkşop “Emosional zəka nümunəsində qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması” mövzusunda keçirilib. Seminarı DİM-in Elektron imtahanların təşkili sektorunun müdiri Gülmirə İsayeva və Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova aparıblar.

AzEdu.az-a açıqlamasında DİM-in Elektron imtahanların təşkili sektorun müdiri Gülmirə İsayeva söyləyib ki, məşğələnin əsas məqsədi emosiyaların müzakirə və qərarvermə prosesinə təsirini anlamaq, iştirakçıların öz emosional reaksiyalarını dərketmə və idarəetmə bacarıqlarını gücləndirmək, həmçinin komanda daxilində effektiv kommunikasiya və qarşılıqlı əlaqənin qurulması vərdişlərini inkişaf etdirmək olub:

"Təlimin əsas qayəsi emosiyaların qərarvermə və müzakirə proseslərində düzgün idarə olunmasını aşılamaq, qarşılıqlı əlaqələrin qurulması təcrübəsini inkişaf etdirmək və bu prosesləri real rəqəmsal nümunələr üzərində iştirakçılara nümayiş etdirməkdir.

​Workshop-da dövlət orqanlarının insan resursları üzrə mütəxəssisləri və mövzuya maraq göstərən şəxslər, o cümlədən bir tələbə daxil olmaqla ümumilikdə 17 nəfər iştirak edib. İki hissədən ibarət olan tədbirin birinci mərhələsində iştirakçılara emosional zəka haqqında nəzəri biliklər verilmiş, daha sonra onlar qruplara bölünərək müxtəlif situasiyalar və rol oyunları vasitəsilə praktiki müzakirələrə cəlb olunub.

​Təlimin ikinci hissəsində DİM əməkdaşları tərəfindən hazırlanmış "Səriştələrin 360 dərəcə qiymətləndirilməsi" adlı xüsusi proqram təminatı tətbiq edilib. İştirakçılar bu rəqəmsal alət vasitəsilə qrup yoldaşlarını müvafiq meyarlar üzrə qiymətləndirmiş, nəticədə hər bir şəxsin emosional zəka göstəriciləri müəyyən edilərək yekun müzakirələr aparılıb".

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox