Azedu.az

DİM kadrların qiymətləndirmə bacarıqlarını inkişaf etdirdi

Dövlət İmtahan Mərkəzi

9 Aprel 2026, 15:17
DİM kadrların qiymətləndirmə bacarıqlarını inkişaf etdirdi

Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar 9 aprel 2026-cı il tarixində səriştə əsaslı qiymətləndirmə metodlarına həsr olunmuş vörkşop təşkil olunub. STAR müsahibə metodunun tətbiqi üzrə əyani məşğələlər keçirilərək iştirakçılar real təcrübəyə əsaslanan cavabların strukturlaşdırılmış şəkildə qiymətləndirilməsi bacarıqlarını inkişaf etdiriblər. 

Səriştə əsaslı qiymətləndirmə metodları: Simulyasiya oyunları və STAR metodu ilə müsahibələr mövzusunda praktik məşğələni DİM-in Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin aparıcı məsləhətçisi Cavid Əliyev təqdim edib.

AzEdu.az-a açıqlama verən Cavid Əliyev bildirib ki, İnsan resursları şöbəsinin sektor müdirləri və baş məsləhətçilərinin iştirak etdiyi bu təlimlərdə iştirakçılara namizədlərin təkcə bilik və bacarıqlarını deyil, həm də keçmiş təcrübələrinə əsaslanaraq mövcud situasiyalarda özlərini necə ifadə etdiklərini qiymətləndirməyə imkan verən "STAR" metodunun incəlikləri izah olunub:

"​Seminarın əsas məqsədi iştirakçıları müasir qiymətləndirmə metodları ilə tanış etməklə yanaşı, onların bu üsullardan praktik istifadə bacarıqlarını formalaşdırmaq olub.Məşğələ çərçivəsində iştirakçılar simulyativ qiymətləndirmə metodlarının mahiyyəti, tətbiq sahələri və metodologiyası ilə tanış olub, real iş situasiyalarının modelləşdirilməsi əsasında davranışın necə qiymətləndirildiyini öyrəniblər.

Məşğələdə iştirakçılar yalnız nəzəri bilik əldə etməklə kifayətlənməyib, eyni zamanda qiymətləndirici rolunda çıxış edərək real qiymətləndirmə prosesini təcrübədən keçiriblər. Bu çərçivədə onlar davranış indikatorlarına əsasən müşahidə aparmaq, qeydlər götürmək, qiymətləndirmə şkalasından istifadə etmək və qərarlarını əsaslandırmaq bacarıqlarını inkişaf etdiriblər.

Eyni zamanda, gələcəkdə kiçik menecer vəzifəsində çalışmaq istəyən şəxslərin liderlik potensialını, kommunikasiya bacarıqlarını və komanda işinə uyğunluğunu üzə çıxarmaq məqsədilə xüsusi rol oyunları tətbiq edilmişdir. Bu oyunlar vasitəsilə əməkdaşların idarəetmə keyfiyyətləri üç fərqli istiqamət üzrə analiz edilir və onların müvafiq meyarlar əsasında peşəkar şəkildə qiymətləndirilməsi həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu workshop-lar həm mövcud kadrların peşəkar inkişafına, həm də gələcək mütəxəssislərin vahid qiymətləndirmə standartları ilə tanış olmasına xidmət edir".

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox