Azedu.az

100-dən çox mütəxəssis təhsildə qiymətləndirmə təlimlərində iştirak edir

Dövlət İmtahan Mərkəzi

9 Aprel 2026, 11:24
100-dən çox mütəxəssis təhsildə qiymətləndirmə təlimlərində iştirak edir

"Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təhsildə qiymətləndirmə sahəsində praktik bacarıqların inkişafı üçün müxtəlif mövzularda məşğələlər (Pre-Conference Workshops) keçirilir".

Bu sözləri AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

Xanlar Xanlarzadə vurğulayıb ki, Mərkəz tərəfindən keçirilən vörkşoplar təhsildə qiymətləndirmə sahəsində müasir yanaşmaların tətbiqinə xidmət edir:

"Bu məşğələlər vasitəsilə iştirakçılar həm yeni metodlarla tanış olur, həm də real nümunələr üzərində praktik bacarıqlarını inkişaf etdirirlər.

Müxtəlif mövzuları əhatə edən təlimlər səriştə əsaslı qiymətləndirmə, xarici dillər üzrə tapşırıqların hazırlanması, dərsliklərin monitorinqi, yazı işlərinin meyarlar əsasında yoxlanılması və qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması kimi aktual istiqamətləri əhatə edir".

Xanlar Xanlarzadə əlavə edib ki, vörkşoplarda 100-dən artıq mütəxəssis iştirak edir və bu cür praktiki məşğələlər gələcəkdə qiymətləndirmə sisteminin daha da təkmilləşdirilməsinə töhfə verəcək.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox