Azedu.az

"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır

AzEdu Təhsil Platforması

8 Aprel 2026, 12:50
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır

ARTİ Metodik Dəstək Mərkəzi tərəfindən icra olunan “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi aprelin 13-də başlayır.

AzEdu.az xəbər verir ki, bu mərhələ mayın 12-dək davam edəcək. Cavablar mayın son günlərində rayon təhsil şöbələrinə və namizədlərin telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlar üzrə dəyərləndiriləcək:
– Özünü təqdimetmə bacarığı
– Proqram üzrə dərs icmalının təqdimatı
– Metodiki və pedaqoji savadlılıq
– Ünsiyyət bacarığı
– Problem həlletmə bacarığı
– Əməkdaşlıq bacarığı
– Liderlik bacarığı
– Peşəkar inkişaf

Qeyd edək ki, ikinci meyar çərçivəsində namizədlər öz ixtisaslarına uyğun bir dərs planı hazırlamalı və onun planlaşdırılmasına dair əsaslandırılmış izah təqdim etməlidirlər.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox