Azedu.az

ETİHİ həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib

Xəbərlər

8 Aprel 2026, 11:23
ETİHİ həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Bakının Xətai, Nizami və Səbail rayonları üzrə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün növbəti istirahət proqramı təşkil olunub.

AzEdu.az xəbər verir ki, 4-5 aprel tarixlərində 80-dən çox sədrin iştirakı ilə Quba rayonunda yerləşən “Nazlı bulaq” istirahət mərkəzinə səfər baş tutub.

Səfər çərçivəsində iştirakçıların həftəsonunun maraqlı və yaddaqalan keçməsi, onların mənəvi istirahətinin təmin olunması, eyni zamanda qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi və onun üzv təşkilatları ittifaq üzvlərinin asudə vaxtlarınını daha səmərəli keçirmələri üçün həftə sonlarında ölkənin tarixi və görməli yerlərinə ekskursiyaları davam etdirir.

Müharibə dayandırıldı - Qardaş ölkə İranı belə xilas etdi
Son xəbərlərDaha çox