Azedu.az

Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı

Xəbərlər

7 Aprel 2026, 23:17
Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər sakinlərin narazılığına səbəb olub.

AzEdu.az xəbər verir ki, sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, bu qərar təxminən 350 şagirdin təhsilində ciddi çətinliklər yarada bilər.

"Digər məktəbin yolu da təhlükəlidir. İstəmirəm ki, övladlarım həmin məktəbə getsinlər", - sakinlərdən biri deyib.

 

 

"Bu kəndin 5 min nəfər əhalisi var. Bir məktəb bu qədər şagirdi qəbul edə bilməz. Maarif şöbəsinə müraciət etdik. Bildirdilər ki, məktəbin fəaliyyətinə 2024-cü ildə xitam verilib. Kənddə yalnız bir məktəb qalacaq. Əgər bina köhnədirsə, yenisini tiksinlər. Başa düşmürəm, bunu niyə ləğv edirlər?", - digər sakin qeyd edib.

Bu gecə İranı məhv edəcəklər! - Molla rejiminə SƏRT MESAJ
Son xəbərlərDaha çox