Azedu.az

DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?

Dövlət İmtahan Mərkəzi

6 Aprel 2026, 14:47
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?

Ötən gün 9-cu siniflər üçün keçirilən buraxılış imtahanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə riyaziyyat fənni üzrə trapesiya mövzusuna aid təqdim olunan tapşırıqlardan biri ilə bağlı şagirdlər və valideynlər arasında narazılıqlar səsləndirilib.

İddialara görə, məhz bu sualın düzgün tərtib olunmadığı və şagirdlərdə çaşqınlıq yaratdığı bildirilir. Məsələ qısa zamanda sosial platformalarda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb.

AzEdu.az məsələ ilə bağlı aydınlıq gətirmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır:

"Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.

Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır".

Ukraynaya HÜCUMA KEÇDİ - Bu ərazilər azad edildi
Son xəbərlərDaha çox