Azedu.az

Səhiyyə Nazirliyindən bayramla əlaqədar MÜRACİƏT

Xəbərlər

19 Mart 2026, 10:20
Səhiyyə Nazirliyindən bayramla əlaqədar MÜRACİƏT

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edib.

AzEdu.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etmək tövsiyə edilir.

Müraciətdə həmçinin qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər. Bu mövsümdə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.

Rusiya od içində qaldı - Dəhşətli hücum başladı - Gündəm Masada
Son xəbərlərDaha çox