Səhər içdiyiniz qəhvə və ya çay yalnız sizi oyandırmır, həm də uzunmüddətli beyin sağlamlığını dəstəkləyə bilir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, son tədqiqat orta səviyyədə kofeinli qəhvə (gündə 2–3 fincan) və ya çay (gündə 1–2 fincan) istehlakının demensiya riskini 18% azaltdığını və kognitiv bacarıqları qorumağa kömək etdiyini göstərib.
Harvard və Mass General Brigham tədqiqatçıları 131,821 iştirakçının məlumatlarını analiz edib. Maraqlıdır ki, bu fayda demensiyaya genetik meyilli insanlarda da müşahidə olunub.
Tədqiqat JAMA jurnalında dərc olunub və mütəxəssislər gündəlik qəhvə və çay içməyin beyin sağlamlığını dəstəkləmək üçün faydalı olacağını vurğulayıblar.