Azedu.az

Gənc idmançılar Azərbaycan çempionatının qalibi oldular

Xəbərlər

18 Mart 2026, 14:04
Gənc idmançılar Azərbaycan çempionatının qalibi oldular

11-14 mart tarixlərində Qazax Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələr arasında U15 Azərbaycan çempionatında Lənkəran-Astara regionunun idmançıları uğurla çıxış ediblər.

AzEdu.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən verilən məlumata görə, Şahmarov Pünhan (48 kq) çəki dərəcəsində I yerə layiq görülüb.

Ağakişi Bağıyev (38 kq), Məhəmməd Musalı (41 kq), Teymurov Azər (44 kq), Cəfərzadə Nəriman (52 kq) və Əsədli Zaur (48 kq) isə öz çəki dərəcələrində III yerə sahib olublar.

Sərbəst güləş üzrə keçirilən U15 Azərbaycan çempionatında isə Cəlilabad idmançısı Şükürlü Xəyal (75 kq) I yerə, Lənkəran idmançısı Əli İspərov (41 kq) isə III yerə layiq görülüblər.

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox