Azedu.az

İfa edə bilmirsə, necə attetasiyadan keçə bilər? - Rektordan Etiraz

Xəbərlər

18 Mart 2026, 12:46
İfa edə bilmirsə, necə attetasiyadan keçə bilər? - Rektordan Etiraz

Müəllimlərin attestasiya nəticələri təhsil aldığı ali təhsil müssələrinə, kolleclərə göndərilsin. 

AzEdu.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova bildirib.

O, qeyd edib ki, bu  ali təhsil müəssələrinin,  həm də kolleclərin işini daha yaxşı qurmağa imkan verəcək:


“Mən attestasiya imtahanının keçirilməsinin qəti tərəfdarıyam. Çox istərdim ki, ali təhsil müəssələrinə məlumatlar verilsin. Biz də bilməliyik ki, bu rəhbərlik etdiyimiz dövrdə olub, yoxsa əvvəlki illələrdə. Musiqiçi davamlı fortepiano arxasına keçib piano ifa etmirsə, o, müəllim ola bilməz.

Musiqi müəlimləri digər müəllimlərə bənzəmir. Riyaziyyat müəllimi ali təhsili də bitidikdən sonra müəllim işləyə bilər, amma musiqi müəllimi 6 yaşdan musiqi ilə məşğul olmalıdır. Onlar həyatlarını musiqiyə həsr edirlər, bu müntəzəmlik olmasa musiqi müəllimi müəllim kimi fəaliyyət göstərə bilməz. Pianoçu gərək gündəlik fortepiano arxasında məşq etsin, bunsuz musiqi müəllimi olmaq qeyri-mümkündür. Əgər bir müəllim attestasiya imtahanında elementar musiqini ifa edə bilmirsə o necə attetasiyadan keçə bilər? Bu halda o bizim övladlarımıza, nəvələrimizə necə musiqi dərsi keçə bilər?” – o bildirib.

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox