Azedu.az

Olimpiada qalibləri ali məktəbə imtahansız qəbul OLACAQ

AzEdu Təhsil Platforması

18 Mart 2026, 12:33
Olimpiada qalibləri ali məktəbə imtahansız qəbul OLACAQ

Gələn il Azərbaycanda İncəsənət Olimpiadası keçiriləcək. 

AzEdu.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləməsində mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, Elm və Təhsil Naziriliyi ilə əldə edilən razılığa əsasən, uşaq incəsənət festivalı artıq incəsənət olimpiyadası formatına keçiriləcək. 

A.Kərimli qeyd edib ki, nəticədə qaliblər imtahansız ali təhsil mərkəzlərinə qəbul oluna biləcək.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox