Şəkidə hər müəllimə 2 şagird düşür.
AzEdu.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.
Şəki üzrə təqdim olunan proqnoz göstəricilərinə əsasən, bu ərazidə mədəniyyət sahəsində dərs deyən 747 müəllim, bu sahədə təhsil alan 1607 şagird var.
Bundan əlavə digər bölgələr üzrə göstəricilər aşağıdakı kimidir:
Yevlax rayonunda 293 müəllim və 1037 şagird qeydə alınıb.
Ucar rayonunda 71 müəllim və 267 şagird var.
Mingəçevir şəhərində 430 müəllim və 1431 şagird qeydə alınıb.
Zərdab rayonunda 68 müəllim və 298 şagird var.
Ağdaş rayonunda 135 müəllim və 555 şagird mövcuddur.
Kürdəmir rayonunda 71 müəllim və 278 şagird qeydə alınıb.
Göyçay rayonunda 76 müəllim və 324 şagird var.