ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarında meteorit partlayışı nəticəsində güclü səs və titrəyiş hiss olunub.
AzEdu.az xəbər verir ki, bu barədə WOIO telekanalı məlumat yayıb.
Məlumata əsasən, minlərlə insan güclü partlayış səsi eşidib, binalarda silkələnmə qeydə alınıb. Hadisə şahidlərindən biri evinin sarsıldığını, hətta əşyaların rəflərdən yerə düşdüyünü bildirib.
Meteoroloqlar ehtimal edirlər ki, kəskin səs meteoritin atmosferə daxil olarkən səs həddini aşması nəticəsində yaranıb. Sosial şəbəkələrdə paylaşılan videolarda səmada yüksək sürətlə hərəkət edən parlaq alov topu aydın müşahidə olunub. Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.