Azedu.az

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

Xəbərlər

17 Mart 2026, 15:11
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açıb və iştirakçıları universitetin rektoru, prof. Natiq İbrahimovun adından “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını deyən dos. Elvin Əliyev Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

LDU-nun Təbiyyat fakültəsinin dekanı dos. Nahid Paşayev, Aqrar və mühəndislik fakültəsinin dekanı dos. Balayar Şahbazov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Baytarlıq fakültəsinin dekan müavini b/m. Tahir Hüseynov çıxışlarında ölkədə elmin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işlərdən danışaraq qarşılıqlı fikir mübadiləsi aparıblar.

Çıxışlarda bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır.

“Elm günü”nə həsr olunmuş tədbirdə LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib.

Pezeşkian əhaliyə təcili çağırış etdi - Meydanlara axışın!
Son xəbərlərDaha çox