Azedu.az

Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub

Xəbərlər

16 Mart 2026, 15:15
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 16 991 vətəndaş müraciəti daxil olub.

AzEdu.az xəbər verir ki, müraciətlərin 2 396-sı elektron qaydada, 1 080-i yazılı formada, 10 879-u çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 2 636 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Daxil olan müraciətlər əsasən şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, olimpiada və müsabiqələr, xarici diplomların tanınması və digər təhsil məsələləri ilə bağlı olub.

Moskvaya DƏHŞƏTLİ HÜCUM - Rusiya şəhərləri alova qərq oldu
Son xəbərlərDaha çox