Azedu.az

Maliyyə böhranı uşaqların sağlamlığında uzunmüddətli izlər qoyub

Xəbərlər

16 Mart 2026, 11:15
Maliyyə böhranı uşaqların sağlamlığında uzunmüddətli izlər qoyub

1990-cı illərin sonlarında baş verən Asiya maliyyə böhranı zamanı İndoneziyadakı düyü qiymətlərinin kəskin artması yalnız ailələrin büdcəsini sıxmaqla qalmayıb, uşaqların sağlamlığında uzunmüddətli təsirlər yaradıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Bonn Universitetinin tədqiqatçıları maliyyə böhranı zamanı düyü qiymətlərinin kəskin artmasına məruz qalan uşaqların daha çox boy çatışmazlığı yaşadığını və illər sonra obezlik riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Xüsusilə şəhər sakinləri və az təhsilli ailələr iqtisadi şoklardan daha çox zərər görüb. Bu da uşaqların sağlam inkişafına mənfi təsir göstərib.

Bonn Universitetinin tədqiqatçıları nəticələrini “Global Food Security” jurnalında dərc ediblər və vurğulayıblar ki, iqtisadi böhranlar uşaqların qidalanmasına sakitcə zərər verə, uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Təcili Təbrizdən ÇIXIN! - İsraildən xəbərdarlıq
Son xəbərlərDaha çox