Azedu.az

Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT

AzEdu Təhsil Platforması

15 Mart 2026, 09:50
Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT

Müasir mühitdə geniş yayılan mikroplastik hissəciklərinin immun sisteminin fəaliyyətinə mənfi təsir göstərə biləcəyi müəyyən edilib.

AzEdu.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Alimlər siçanlar və laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr üzərində apardıqları təcrübələr zamanı mikroplastikin makrofaqların - zərərli mikroorqanizmləri məhv edən immun hüceyrələrinin fəaliyyətini zəiflədə bildiyini aşkar ediblər.

Tədqiqatın nəticələrinə görə, plastik hissəcikləri ilə dolmuş hüceyrələr infeksiyalara qarşı daha zəif mübarizə aparır. Alimlər qeyd edirlər ki, mikroplastikin insan sağlamlığına təsiri hələ tam sübut olunmayıb, lakin bu hissəciklərin immun sisteminin fəaliyyətini poza biləcəyi ehtimal olunur.

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox