Azedu.az

Jurnalistin oğlu məşhur universitetin ilk azərbaycanlı doktorantı olub 

Xəbərlər

14 Mart 2026, 17:55
Jurnalistin oğlu məşhur universitetin ilk azərbaycanlı doktorantı olub 

 

Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən məşhur universitetləri sırasında yer alan ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MIT) doktorantura pilləsində təhsil alır.

AzEdu.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin kiçik oğlu Mete Namzaov bildirib.

Qeyd edək ki, Abutalıb Namazov Massaçusets Texnologiyalar İnstitutunun kompüter elmləri ixtisasına 2020-ci ildə qəbul olunmuşdu.

Metenin sözlərinə görə, qardaşı Abutalıb Massaçusets Texnologiyalar İnstitutunun ilk azərbaycanlı doktorantıdır.

O deyib ki, ABŞ-da Abutalıba yüksək gəlirli iş təklif olunsa da, qardaşı təhsil almağa davam etməyi seçib:


“Ona sonuncu iş təklifində deyilən maaşı düşünəndə bir az fikrə gedirəm. Kasıblığın daşını atardıq. O gün yaxşı bir avtomobil də bəyənmişdim, alardıq... Amma mənim qardaşım elmi seçdi. Hazırda elə Massaçusets Texnologiyalar İnstitutunda doktorantdır. Bütün xərclərini də universitet üzərinə götürüb. Universitetin saytına girib onun adını və şəklini müəllim və araşdırmaçı heyəti arasında görəndə qanadım açılır, insan uçaq aparatına dönürəm.
MIT-də doktorantura dünyanın ən çətin qəbul olunan və ən nüfuzlu akademik proqramlarından biri sayılır. Bu sadəcə bir elmi dərəcə almaq deyil, həm də dünyanın ən güclü elmi mərkəzlərindən birində yetişmək deməkdir.
İnanın ki, mənim onunla öyünməyim daha çox onun MIT-də ilk azərbaycanlı doktorant olması ilə bağlı deyil. Gizlətmirəm, bununla da çox sevinirəm. Amma onun sadə, təmiz və doğru bir insan olması mənim üçün daha önəmlidir”, - Mete Namazov qeyd edib.

O, bacılarından da söz açıb. Bildirib ki, Azərbaycanda Bakı Anadolu Liseyini bitirmiş böyük bacısı Səkinə Namazova hazırda Türkiyənin Hacettepe Universiteti xəstəxanasında həkimdir.

Mete kiçik bacısı Nərgizin də tibb təhsli aldığını vurğulayıb və onlarla fəxr etdiyini söyləyib.

Təcili Təbrizdən ÇIXIN! - İsraildən xəbərdarlıq
Son xəbərlərDaha çox