Çin hökuməti İranın cənubunda yerləşən Minab şəhərində məktəbə edilən raket hücumu nəticəsində həyatını itirən uşaqların ailələrinə 200 min ABŞ dolları məbləğində humanitar yardım ayıracağını açıqlayıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yardım Çinin Qızıl Xaç Cəmiyyəti vasitəsilə İranın Qızıl Aypara Cəmiyyətinə göndəriləcək və faciə nəticəsində yaxınlarını itirən ailələrə dəstək məqsədilə istifadə olunacaq.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, məktəblərə və mülki şəxslərə qarşı hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və bu cür hadisələr qəbuledilməzdir.