Azedu.az

DİM tərəfindən vörkşoplar təşkil ediləcək

13 Mart 2026, 15:33
DİM tərəfindən vörkşoplar təşkil ediləcək

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin 10 illik yubileyi münasibətilə keçiriləcək “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda konfrans çərçivəsində 9 aprel 2026-cı il tarixində təhsildə qiymətləndirmə sahəsi üzrə vörkşoplar təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, bu sessiyalar iştirakçılar üçün qiymətləndirmə sahəsində müasir yanaşmalarla tanış olmaq, praktik bacarıqlarını inkişaf etdirmək və real nümunələr üzərində işləyərək yeni təcrübə qazanmaq imkanı yaradacaq. Sessiyalar çərçivəsində iştirakçılar aktual mövzular ətrafında müzakirələr aparacaq, yeni yanaşmaları öyrənəcək və praktiki fəaliyyətlərdə iştirak edəcəklər.

Vörkşopların sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək.

Proqram çərçivəsində təqdim olunan müxtəlif mövzular və iştirak şərtləri haqqında daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

//eservices.dim.gov.az/dim10illik/workshops.aspx

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox