Azedu.az

293 uşaq valideyn himayəsindən məhrum olunub

Xəbərlər

13 Mart 2026, 12:15
293 uşaq valideyn himayəsindən məhrum olunub

2025-ci ildə valideyn himayəsindən məhrum olmuş 152 qız və 141 oğlan olmaqla 293 uşaq uçota alınıb.

AzEdu.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, onlardan 223-ü sağlam, 42-si 18 yaşınadək əlilliyi müəyyən edilmiş, 28-i isə səhhətində problem olan uşaqlardır.

Həmçinin qeyd edilib ki, 27 sosial xidmət müəssisəsində (21-i dövlət və 6-sı özəl müəssisə) 734-ü oğlan və 538-i isə qız olmaqla, 1272 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşdırılıb.

İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi
Son xəbərlərDaha çox